RU

İşğaldan azad edilmiş ərazilərdə sahibkarların kreditlərinə 19 milyon manatdan çox dövlət zəmanəti verilib

Sahibkarlığın İnkişafı Fondu: İşğaldan azad edilmiş ərazilərdə sahibkarların kreditlərinə 19 milyon manatdan çox dövlət zəmanəti verilib

Sahibkarlığın İnkişafı Fondu 1 fevral 2024-cü il tarixindən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarları zəmanət və subsidiya mexanizmi ilə dəstəkləyir.

Operativ Media Fondun məlumatına istinadən xəbər verir ki, ötən il ərzində bu ərazilərdə fəaliyyət göstərən sahibkarların müraciətləri əsasında 12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat dövlət zəmanəti verilib.

Həmçinin bu kreditlər üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsi təsdiqlənib.

Избранный
155
8
operativmedia.az

9Источники