RU

Manisada qatar gənci vurdu

Manisanın Şehzadeler rayonundan keçən dəmir yolu xəttində gedərkən qatarın vurduğu gənc ağır yaralanıb. 

News24.az xəbər verir ki, sağ ayağı amputasiya edilən gəncin hələ də ölüm təhlükəsinin olduğu bildirilib.

Saat 13:00 radələrində Manisa Vağzalına doğru hərəkət edən sərnişin qatarı həmyerli keçid olmayan ərazidə 33 yaşlı Məhəmməd Polat adlı gənci vurub. Qatarın altında qalaraq ağır yaralanan Polat təcili tibbi yardım maşını ilə Manisa Şəhər Xəstəxanasına aparılıb.

Hazırda həkimlər onun sağalması istiqamətində tədbirlər görülür.

Ağa Dadaşzadə 

Избранный
66
news24.az

1Источники