1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Hindistanda, Himalay dağlarında yol tikintisində çalışan 57 fəhlə qar uçqunu altında qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat verib.
İndiyədək 16 nəfər xilas edilib, 41 nəfər hələ də itkin hesab olunur.
Yerli polis nümayəndəsinin sözlərinə görə, xilas edilənlərin vəziyyəti ağırdır və onlara həkimlər tərəfindən tibbi yardım göstərilir.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir.