İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında Xorvatiya səfərinə dair daha bir paylaşım edib: “Xorvatiyaya səfərimiz çərçivəsində bu ölkənin iqtisadiyyat naziri, Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın həmsədri Ante Şuşnyar ilə işgüzar nahar formatında görüş keçirdik. Ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi, biznes əməkdaşlığının dəstəklənməsi, sərmayələrin təşviqi, enerji, turizm, əczaçılıq, tranzit daşımaları sahəsində birgə fəaliyyətin perspektivləri barədə müzakirələr apardıq”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта