RU

Azərbaycan Xorvatiya ilə birgə investisiyaların genişləndirilməsini müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyailə birgə investisiyaların genişləndirilməsi barədə müzakirələr aparıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirərək birgə investisiyaların genişləndirilməsi barədə müzakirələr aparıb.

Operativ Media  İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin qəbulunda olub.

Qəbul zamanı bildirilib ki, Azərbaycan və Xorvatiya dövlət başçılarının siyasi iradəsi ilə ölkələrimiz arasında əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycan və Xorvatiya 2013-cü ildə Zaqreb Bəyannaməsinin imzalanmasından bəri strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirirlər. Baş nazir Andrey Plenkoviç ilə aparılan müzakirədə Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlığının gündəmində olan prioritetlər, ticarətin və qarşılıqlı investisiyaların artırılması, enerji sahəsində işbirliyinin, həmçinin işgüzar əlaqələrin gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində Zaqreb şəhərində Xorvatiya-Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumu keçirilib.

Tədbirdə Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin güclənməsinə önəm verdiyini qeyd edib. Vurğulanıb ki, enerjinin Avropa bazarlarına çatdırılması üçün həyata keçirilən layihələr Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolunu artırır. Xorvatiya şirkətlərinin ölkəmizdə həyata keçirilən iqtisadi layihələrdə iştiraka maraq göstərdiyi bildirilib.

Избранный
51
2
operativmedia.az

8Источники