RU

TƏCİLİ! Rusiya və ABŞ razılaşdı – Savaşda yeni dönüş

Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonla müzakirələrin son raundunda iki ölkə arasında birbaşa hava nəqliyyatının bərpasını təklif etdiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ABŞ və Rusiya diplomatları ötən illərdə bir neçə dəfə diplomatların qovulması nəticəsində şikəst olmuş səfirliklərin normal işləməsi məsələsini müzakirə etmək üçün cümə axşamı İstanbulda görüş keçirib.

Rusiya Xarici İşlər Nazirliyi görüşlərin işgüzar xarakter daşıdığını vurğulayaraq, iki ölkənin diplomatik missiyalarının maliyyələşdirilməsinin maneəsiz davam etməsi və diplomatların öz vəzifələrini yerinə yetirmələri üçün lazımi şəraitin yaradılması istiqamətində addımlar atıldığını bildirib.

Nazirlik eyni zamanda ABŞ-a birbaşa hava nəqliyyatını bərpa etmək imkanını dəyərləndirməyi təklif etdiyini bəyan edib. Lakin bu təkliflə bağlı əlavə detallar və ya vaxt çərçivəsi açıqlanmayıb. Vaşinqton hələlik məsələ barədə rəsmi şərh verməyib.

Qeyd edək ki, ABŞ və digər Qərb dövlətləri 2022-ci il fevralın 24-dü Ukraynaya Rusiya qoşunun yeridilməsindən sonra Moskvaya qarşı sanksiyaların bir hissəsi kimi Rusiya ilə hava əlaqəsini dayandırıb.

İstanbulda keçirilən görüş ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı və bu ayın əvvəllərində Səudiyyə Ərəbistanında yüksək rütbəli Rusiya və ABŞ diplomatları arasında aparılan müzakirələrdən sonra baş tutub.

Ər-Riyadda Moskva və Vaşinqton Ukraynadakı döyüşlərə son qoymaq və diplomatik-iqtisadi əlaqələri bərpa etmək istiqamətində fəaliyyətə başlamaq barədə razılaşıb. Razılaşma çərçivəsində illər ərzində diplomatların qarşılıqlı qovulması, ofislərin bağlanması və digər məhdudiyyətlər nəticəsində zəifləmiş səfirliklərdə kadr potensialının bərpası da daxildir.

ABŞ Dövlət Departamenti bildirib ki, İstanbulda keçirilən danışıqlarda ABŞ nümayəndə heyəti "bank və mücarilə xidmətlərə çıxış imkanları, eləcə də ABŞ-ın Moskvadakı səfirliyində stabil və daimi kadr sayının təmin edilməsi" məsələləri ilə bağlı narahatlıqlarını ifadə edib.

Bəyanatda "konstruktiv müzakirələr nəticəsində hər iki tərəf bu sahədə ikitərəfli diplomatik missiyaların sabitləşdirilməsi üçün konkret ilkin addımlar müəyyən edib" ifadələri yer alıb.

Danışıqlarda ABŞ dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə köməkçisinin müavini Sonata Kulter və Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin rəhbəri Aleksandr Darçiyev iştirak edib. Onlar yaxın müddətdə bu məsələlərlə bağlı növbəti görüşün keçirilməsinə dair razılaşıblar.

Aytac Şahin


Telegram kanalımız
Избранный
45
yenisabah.az

1Источники