RU

Hollivud ulduzunun və arvadının müəmmalı ölümü

Santa Fe polisi Hollivud ulduzu Cin Hekmanın, həyat yoldaşının və itinin ölümünün "şübhəli" olduğunu və araşdırma tələb etdiyini bildirib.

Publika.az BBC-ə istinadən xəbər verir ki, çərşənbə günü 95 yaşlı Gen Hekman və onun 63 yaşlı arvadı Betsi Arakavanın ölü tapıldığı Nyu-Meksikodakı evdə axtarış qərarı verilib.

Polis deyir ki, cinayətin əlamətlərini hələ aşkar etməyiblər. İlkin müayinədən sonra polis, Hekman və Arakavanın cəsədlərinin xeyli müddətdir orada olduğu qənaətinə gəlib.

"Deyəsən onlar çoxdan ölüblər, amma nə qədər vaxt olduğunu təxmin etmək istəmirəm", - Santa Fe dairəsinin şerifi Edan Mendoza mətbuat konfransında bildirib.

Cəsədləri ilk araşdıran polis eksperti izah edib ki, Betsi Arakavanın əl və ayaqlarının parçalanma və mumiyalanma dərəcəsi ölümün bir müddət əvvəl baş verdiyini göstərir.

Hekman və Arakavanın cəsədlərini vaxtaşırı cütlüyün evində işləyən iki işçi aşkar edib. Onlar polisə bildiriblər ki, adətən ev sahibləri ilə telefon və ya SMS vasitəsilə əlaqə saxlayırlar və sonuncu belə əlaqə iki həftə əvvəl olub.

Избранный
71
publika.az

1Источники