RU

Gürcüstanda güclü qar səbəbindən 100-dən çox kəndlə əlaqə kəsilib

Gürcüstanın qərbində güclü qar yağan bölgələrdə aparılan axtarış-xilastemə işlərinə Sərhəd Polisinə məxsus helikopter cəlb edilib...

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumat Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, helikopter xilasətmə işləri ilə yanaşı ərazidə qalan sakinlərə ərzaq çatdırılmasında istifadə ediləcək.

Məlumatda əlavə olunub ki, hazırda baş nazirin müavini, daxili işlər naziri Vaxtanq Qomelauri və digər hökumət rəsmiləri güclü qar yağmış Quria bölgəsindədir və helikopterlə ərazidə vəziyyəti müşahidə edirlər.

Qeyd edək ki, bəzi bölgələrdə qar örtüyünün hündürlüyü 3 metrə çatıb. 100-dən çox kəndlə əlaqənin kəsildiyi bildirilir. Xilasetmə işlərinə Gürcüstan Müdafiə Qüvvələrinin əməkdaşları da cəlb ediliblər. İtkin düşənlərin olduğu bildirilir.

Poliqon.info

Избранный
13
4
poliqon.info

5Источники