RU

Daha bir "saxta" həkim qalmaqalı – Rəhimə Atəş necə fizioterapevt olub?



Azərbaycanda təkcəplastik cərrahiyyə yox, demək olar, 90% tibbi ixtisaslardasaxta sertifikat və ya sertifikasiya olmadanhəkim kimi çalışanlar çoxdur.


“Medicina” xəbər verir ki, bu dəfə tanınmış fizioterapevt, böyük özəl klinikalarda fizioterapiya şöbəsində əsas həkim kimi çalışan, sonradan öz mərkəzini quran və populyar verilişlərdə reklam olunan Rəhimə Atəşdən gedir.Daha çox aparıcı Zaur Baxşəliyevin verilişində ekspert kimi iştirak edir.


Jurnalist Qənirə həkimə məxsus sənədləri yayıb. Rəhimə Atəşin Odlar Yurdu Universitetini biologiya üzrə bitirdiyi məlum olub.

Rəhimə Ateş Fizioterapiya və Reabilitasiya Mərkəzində xəstələri qəbul edir.O, özü barədə məlumatlarda Türkiyə'nin İstanbul və Ankara şəhərlərində və nüfuzlu xəstəxanalarında, illərlə müşahidəçi həkim olaraq çalışdığını qeyd edib,Braxial plexsus və digər koordinasiya pozuntuları, uşaqlarda beyin iflici, iflicli xəstəliklər kimi sahələrdə uzmanlaşmışdır. (uzmanlaşmışdır sözünün hansı mənada işləndiyi bilinmir, uzmanlıq dərəcəsi üçün Türkiyədə təhsil aldığı yazılmayıb)


2010-2011-ci illərdə İstanbul Universiteti Çapa Tibb Fakültəsində təkmilləşmə kursu keçmişdir.


2015-ci ildə Darüşşafaka fizioterapiya və reabilitasiya mərkəzində təkmilləşmə kursu keçərək həmin mərkəzdə müşahidəçi həkim olaraq çalışmışdır.

O, bir müddətkaryerasının başlanğıcında Şəmkir xəstəxanasında da işləyib.

Onun Azərbaycanda məhz həkim fizioterapevt kimi çalışmasına əsas verən xüsusi sertifikatın olmadlğıbildirilir.

Aygün Musayeva




Избранный
136
15
medicina.az

10Источники