RU

“Araz” “Zirə”ni Azərbaycan Kubokunda yarımfinala buraxmadı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin növbəti cavab oyunu keçirilib.

Arena.az xəbər verir ki, “Zirə” səfərdə minimal hesabla uduzduğu “Araz-Naxçıvan”ı bu dəfə doğma meydanda sınağa çəkib.

Qəsəbə təmsilçisi ev oyununda da 2 cavabsız qolla uduzaraq mübarizəni dayandırıb. Penalti qolları ilə sevinmiş “Araz-Naxçıvan” isə yarımfinala yüksəlib.

Azərbaycan Kubokunda sonuncu yarımfinalçının adına “Neftçi” – “Kəpəz” matçında aydınlıq gələcək.

Daha öncə “Qarabağ” “Səbail”lə, “Sabah” isə “Sumqayıt”la duellərdən qalib ayrılaraq yarımfinala vəsiqə qazanmışdılar.

Azərbaycan Kuboku
1/4 final mərhələsinin cavab oyunları
28 fevral

“Zirə” – “Araz-Naxçıvan” 0:2
Qollar: Felipe Santos, 3-pen; 45-pen.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zirə İdman Kompleksinin stadionu, 16:00.
İlk oyun: 0:1.

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 97. Tyaqo Silva, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 17. Ayron Qomis.
Baş məşqçi: Rəşad Sadıqov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 2. Slavik Alxasov, 24. Mustafa Əhmədzadə, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 9. Əyyub Allaş.
Baş məşqçi: Elmar Baxşıyev.

Избранный
87
8
arena.az

10Источники