RU

Cəsarət Hüseynzadə: "Hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin rolu həlledicidir"

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, hüquqi dövlət anlayışı hər bir demokratik cəmiyyətin əsas dayaqlarından biridir.

Onun sözlərinə görə, hüquqi dövlətin qurulması qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması, hakimiyyətin bölgüsü və müstəqil məhkəmə sisteminin yaradılması ilə bağlıdır, bu prosesdə vətəndaş cəmiyyəti mühüm rol oynayır:

"Vətəndaş cəmiyyəti dövlətin fəaliyyətinə ictimai nəzarət funksiyasını yerinə yetirir, korrupsiyaya qarşı mübarizə aparır, hüquqi maarifləndirmə və vətəndaşların hüquq şüurunun artırılması istiqamətində fəaliyyət göstərir. QHT-lər, hüquq müdafiəçiləri və media hüquqi biliklərin artırılması üçün seminarlar, treninqlər və sosial kampaniyalar təşkil edirlər. Vətəndaş cəmiyyətinin qanunvericiliyin təkmilləşdirilməsi və ictimai dialoqun təşviqində də mühüm rolu var".

QHT sədri həmçinin bildirib ki, Prezident İlham Əliyevin 2022-ci ildə təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı” ictimai nəzarətin gücləndirilməsinə imkan yaradır:

"Vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlətin davamlılığı üçün vacibdir və dövlət bu sahəyə institusional və maliyyə dəstəyi göstərir. Həmçinin Azərbaycanın Asan xidmət və DOST modeli bir çox ölkələr üçün nümunədir".

 

Pərvanə Fərhadqızı

Избранный
88
qht.az

1Источники