RU

Ekologiya Nazirliyi 1650 ağacı BELƏ "KÖÇÜRÜR" - ŞOK VİDEO YAYILDI

Məlum oluduğu kimi, paytaxtın Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar aidiyyatı qurumlar 1650 ağac, 491 kol və tingin köçürüləcəyi barədə  açıqlama vermişdilər. Tikinti ərəfəsində çəkilən görüntülər isə deməyə əsas verir ki, ağacların xeyli hissəsi köçürülmək əvəzinə, kəsilib.

Bununla bağlı ekoaktivislər sitat.info-ya video göndəriblər.

"ETSN az əvvəl paylaşım edib. Abırsızca bu barbarlığa köçürmə deməyə davam edirlər. Ekskavatorla yük maşının arxasına qoyulan ağacın kökünə diqqət yetirin" deyə bildiriblər.

Həmin görüntüləri təqdim edirik:

Избранный
56
sitat.info

1Источники