RU

Yaşlanma iki yaş aralığında sürətlənir

ABŞ-ın Stanford Universitetində aparılan bir araşdırma müəyyən dövrlərdə yaşa bağlı sağlamlıq problemlərində qəfil çoxalmaların olduğunu müəyyən edib. Elm adamları iki yaş fərqinə diqqət çəkərək bu dövrdə qocalmanın sürətləndiyini ortaya çıxarıblar.

Alimlər müəyyən ediblər ki, insan orqanizmində qocalma prosesi iki kritik dövrdə sürətlənir. Aparılan bir araşdırma müəyyən dövrlərdə yaşa bağlı sağlamlıq problemlərində, o cümlədən dayaq-hərəkət sistemi problemləri və ürək-damar xəstəliklərində ani artımların olduğunu müəyyən edib.

Tədqiq olunan molekul və mikroorqanizmlərdəki dəyişikliklərin mərhələli və ya xronoloji şəkildə baş vermədiyi müşahidə edilib. Məlum olub ki, əsas dəyişikliklər 40-cı illərin ortaları və 60-cı illərin əvvəllərində baş verir.

“Biz zaman keçdikcə tədricən dəyişmirik, həqiqətən də dramatik dəyişikliklərimiz var. 40-cı illərin ortaları və 60-cı illərin əvvəlləri bu dəyişikliklərin ən intensiv olduğu dövrlərdir. Və hansı sinif molekullara baxmağınızdan asılı olmayaraq, bu dəyişmir”, – Stenford Universitetinin genetiki Maykl Snayder deyib.

Metabolomika üzrə mütəxəssis və tədqiqatın aparıcı müəllifi Xiaotao Şen, “Bu, menopozun qadınlara təsir göstərə bilsə də, hər iki cins üçün üçün daha böyük amillərin rol oynadığını göstərir. Bu amillərin müəyyən edilməsi gələcək tədqiqatlar üçün prioritet olmalıdır”.

Tədqiqatçılar qocalma prosesində ən kəskin dəyişikliklərin orta hesabla 44-60 yaş arasında baş verdiyini və idmanın artırılması kimi tədbirlərin sağlamlığın qorunmasına kömək edə biləcəyini qeyd ediblər.

Избранный
112
vaxt.az

1Источники