"Nədənsə hakimlər 50/50-yə olan epizodlarda çox vaxt əleyhimizə qərarlar verirlər. Əgər bu gün rəqibin cərimə meydançasında belə mübahisəli epizod olsaydı, deyəcəkdilər ki, penalti yoxdur, mübarizə gedirdi, futbolçular bir-birini tuturlar".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kuboku uğrunda yarışın "Araz-Naxçıvan"a qarşı keçirilən cavab görüşündən (0:2) sonra deyib.
O, məğlubiyyətə baxmayaraq, yetirmələrinə təşəkkürünü çatdırıb: "Bəlkə də cari mövsüm ən yaxşı oyunlarımızdan birini keçirtdik. Futbolçularımız əllərindən gələni əsirgəmədilər. Onların oyunundan həzz alırdım. Baxımlı, sürətli, kombinasiyalı futbol göstərirdilər. Xüsusilə ikinci hissədə "Araz-Naxçıvan" üzərində təzyiq yaratmışdıq. Oyun komponentlərinə görə, yarımfinala çıxmağa yaxın tərəf biz idik. Təəssüf ki, rəqib 2 qarşılaşmada 3 penaltidən fərqlənib, bizi üstələdi. Bu oyundakı yaxşı məqamları düzgün təhlil etməyə çalışacağıq. Futbolçularıma təşəkkürümü bildirirəm".