RU

Keçmiş nazirin şirkətinə 8000 manatlıq sifariş

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi “İmprotex Motors” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.

Valyuta.az xəbər verir ki, müqavilə Mərkəzin balansında olan minik avtomobilinə texniki xidmətin göstərilməsi ilə bağlıdır. Texniki xidmətə görə Mərkəz şirkətə 8 850 manat ödəyəcək.

Qeyd edək ki, “İmprotex Motors”keçmiş nazir Füzuli Ələkbərovun şirkəti kimi tanınır. Füzuli Ələkbərov 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib.

Hüseyn

Избранный
52
valyuta.az

1Источники