Bakının Nəsimi rayonunda bir hissəsində qaz təchizatı dayandırılıb.
Bu barədə Referans.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi 32 ünvanında D76 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması və qaz xəttinin PE63 mm-lik polietilen qaz xətti ilə əvəz olunması səbəbindən saat 14:00-dan etibarən qaz təchizatı dayandırılıb.
Təmir-bərpa işləri hazırda davam edir. Nəsimi rayonunun 20 Yanvar və 5 mikrorayon ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта