Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.
Bununla bağlı Avtosfer.az-a Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
Xəbərdarlığa əsasən, martın 1-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə gecə və səhər arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün isə 3.5-5.5 m.çatacağı proqnozlaşdırılır.