RU

"Ana dilimizi sevək,qoruyaq daima ucaldaq" adlı tədbir keçirilib

"Ana

“Ulusum”.az-ın məlumatina görə, 132-134 nömrəli təhsil kompleksində "Ana dilimizi sevək, qoruyaq, daima ucaldaq!" adlı tədbir keçirilib. Tədbirin məqsədi Azərbaycan dilinin əhəmiyyətini vurğulamaq, dilimizin qorunması və inkişaf etdirilməsi sahəsində şagirdlərə məlumat vermək, onların ana dilinə olan sevgisini artırmaq idi.Tədbirdə şagirdlər, müəllimlər və digər iştirakçılar ana dilinin insanın kimliyini, mədəniyyətini və millətini müəyyənləşdirən əsas amil olduğunu qeyd edərək, dilimizin zənginliyinə və gözəlliyinə toxundular. Eyni zamanda, Azərbaycan dilinin qorunması və gələcək nəsillərə düzgün şəkildə çatdırılması məqsədilə müxtəlif maarifləndirici çıxışlar, şeir və ədəbiyyat nümunələri səsləndirildi.Tədbir iştirakçıları ana dilini təbliğ etmək və ona dəyər vermək üçün hər birimizin üzərinə düşən məsuliyyəti hiss etdiklərini bildirərək, dilin yaşaması və inkişafı üçün bütün cəmiyyətin birgə çalışmasının vacibliyini vurğuladılar.

Diqqət Çəkənlər

“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir - FOTO

Fidan: Avropa təhlükəsizliyinin əsasları sarsılıb

Olland Trampa «zərbə vurmağa» çağırıb

Избранный
28
ulusum.az

1Источники