RU

Darçiyev Rusiyanın Vaşinqtondakı yeni səfiri olur

Rusiya və ABŞ münasibətlər yeni dövrə qədəm qoyur.

İstanbuldakı tarixi görüşdən sonra ilk addım Moskvadan gəldi.

Vaşinqtonda səfir kimi fəaliyyət göstərəcək ad müəyyənləşib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Aleksandr Darçiyev Rusiyanın Vaşinqtondakı yeni səfiri olub.

Danışıqlar zamanı Darçiyevin adı Amerika nümayəndə heyətinə çatdırılıb.

ABŞ da Darçiyevə yaşıl işıq yandırıb.

Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonun ABŞ-ə təyin etdikləri səfirə razılıq verdiyini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada xatırladılıb ki, dünən İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında ikitərəfli münasibətlərin normallaşdırılması çərçivəsində səfirlik fəaliyyətləri ilə bağlı görüş keçirilib.

Bəyanatda aşağıdakılar qeyd olunub:

Избранный
46
aznews.az

1Источники