
Prezident Donald Tramp Ağ evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Reyting.az xarici KİV-ə istinadla bildirir ki, ABŞ və Ukrayna prezidentləri Oval kabinetdə Ukraynada sülhün bərqərar olması, tərəfdaşlığın dərinləşdirilməsi və digər mühüm aspektlər üzrə əhatəli müzakirələrə başlayıblar.
Görüşdə hər iki tərəfdən rəsmi nümayəndə heyətləri də iştirak edir.
Qeyd edək ki, ABŞ-nın Ukraynada dağ-mədən sənayesinin inkişafında iştirakını nəzərdə tutan faydalı qazıntılar sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması da gözlənilir.
ELÇİN