RU

Sumqayıtda vətəndaşdan xırdabuynuzlu heyvan alan şəxs pulu ödəmir - 13 min 700 manatlıq İDDİA VİDEO

Vətəndaş iddia edir ki, onun heyvanlarını alan şəxs pulun ödəməyib. O, dələduzluqla üzləşib.

Xezerxeber.az xəbər verir ki, hadisə Sumqayıt sakini Abbas Abbasovun başına gəlib. Onun dediyinə görə, Nurlan adlı şəxs həyətdən heyvanları özü aparıb. Razılaşdırılan pulun bir hissəsini ödəsə də qalanı qalıb.

Hadisədə adı hallanan şəxs Nurlan Babayevlə telefon əlaqəsi saxladıq. O, "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, hazırda Abbas Abbasova heç bir borcu yoxdur.

Zərərçəkmiş Abbas Abbasov vəziyyətlə bağlı adiyyatı üzrə məhkəməyə müraciət edəcəyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
82
xezerxeber.az

1Источники