RU

Al Baraka Azerbaijan Könüllüləri Ramazan ayında yardım aksiyasına başlayıb

Bakı, TurkicWorld

Mübarək Ramazan ayı münasibətilə "Al Baraka Azerbaijan Könüllüləri" xeyriyyə aksiyasına start verib.

TurkicWorld xəbər verir ki, bu layihə çərçivəsində ehtiyacı olan insanlara ümid, mərhəmət və sevgi çatdırmaq məqsədi ilə geniş yardım kampaniyası həyata keçirilməsi nəzərdə tutulub.

Aksiya təkcə Azərbaycanda deyil, eyni zamanda Şərq ölkələri, o cümlədən Qəzza, Suriya və Yəməndə, həmçinin Asiya və Afrika bölgələrində də ehtiyac sahiblərinə dəstək olmağı hədəfləyir.

"Al Baraka Azerbaijan Könüllüləri" bu xeyirxah missiyaya hər kəsi qoşulmağa, paylaşmağa və ehtiyacı olan insanların duasında yer almağa dəvət edir.

Qeyd edək ki, "Al Baraka Azerbaijan" xeyriyyə layihələrini dünyanın 13 ölkəsində həyata keçirir. 2024-cü ildə ümumilikdə 20775 insana yardım edilib.

#AlBarakaAzerbaijanKönüllüləri - Birlikdə mərhəmətə doğru!

Избранный
73
turkic.world

1Источники