RU

Tramp ABŞ-ın diplomatik nümayəndəliklərinin sayını azaldacaq

Donald Tramp ABŞ Dövlət Departamentinin işçilərinin və ölkənin diplomatik nümayəndəliklərinin sayını kəskin şəkildə azaltmağı, həmçinin xarici siyasət idarəsinin səlahiyyətlər dairəsini daraltmağı planlaşdırır.

 

Bu barədə "Politico" qəzeti mənbələrinə istinadən xəbər yayıb.

 

Nəşrin yazdığına görə, D.Tramp Dövlət Departamentinin hökumət anlaşmalarının bağlanmasına, ABŞ-ın təhlükəsizliyinin təmin edilməsinə və ölkəyə xarici investisiyaların cəlb edilməsi üzrə işlərə fokuslanmasını istəyir.

 

Tramp Administrasiyası, həmçinin demokratiyanın təşviqi, insan haqlarının müdafiəsi və elmi tədqiqatların dəstəklənməsi üçün cavabdeh olan departamentlərin ixtisar edilməsini, yaxud ləğv edilməsini nəzərdə tutur.

 

Qəzetin məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio Amerika diplomatik nümayəndəliklərinin əhəmiyyətli sayda ixtisar edilməsinə razıdır. Xüsusilə Renn, Lion, Strasburq, Bordo, Düsseldorf, Leypsiq, Hamburq, Florensiya, Ponta-Delqada və Belu-Orizonti şəhərlərindəki konsulluqların bağlanması gözlənilir.

 

"Bu dəyişikliklər Dövlət Departamentində tarixi yenidənqurma ilə nəticələnəcək", - deyə mənbə qeyd edib.

 

Eyni zamanda vurğulanıb ki, Tramp bu planları ABŞ-da Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) və onun işinə nəzarət edən sahibkar İlon Maskın təsiri ilə hazırlayır.

 

Избранный
102
2
senzor.az

3Источники