RU

Şimali Koreya bu dəfə Sarı dənizi “nişan aldı”

Cənubi Koreyanın “Yonhap” agentliyi xəbər verir ki, Şimali Koreya bir neçə strateji qanadlı raket buraxıb.

Onun sözlərinə görə, buraxılışlar Sarı dənizdə KXDR-in nüvə qarşısının alınması qüvvələrinin sınağı çərçivəsində həyata keçirilib.

Buraxılışı respublikanın lideri Kim Çen In müşahidə edib və o, təlimlərin nəticələrindən razı qalıb. “Nüvə qarşısının alınmasının komponentlərinin etibarlılığını və funksionallığını sınaqdan keçirməyə davam etmək və onun gücünü nümayiş etdirmək özlüyündə müharibənin qarşısını almaq üçün məsuliyyətli bir məşqdir” – o, deyib.

Xatırladaq ki, KXDR 2025-ci ildə ilk raketini yanvarın 6-da ABŞ dövlət katibi Entoni Blinkenin Seula səfəri zamanı buraxıb. Raket təxminən 1100 km uçaraq Yapon dənizinə düşüb. Yanvarın 14-də Şimali Koreya eyni dənizə doğru “naməlum mərmi” atıb. Yanvarın 27-də Pxenyan sualtı qayıqdan buraxılan qanadlı raketi sınaqdan keçirib.

//Samir Qurbanov, Editor.az

Избранный
30
1
editor.az

2Источники