RU

"Neftçi" ilə matçlarda şanssızlıqlar çox olur" - Azər Bağırov

"Kəpəz" ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Neftçi"nin meydanından məğlub ayrıldı - 0:1.

"Football-plus.az" xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Azarkeşlərimizə təşəkkür edirəm. Sona qədər komandamızın yanında idilər. Bu, gələcək oyunlar üçün motivasiyadı. Maraqlı oyun keçdi. Qol vura bilmədik. "Neftçi" ilə matçlarda şanssızlıqlar çox olur. Qol epizodlarını daha çox bu rəqiblə oyunlarda yaradırıq. Bunun üzərində işləməliyik. Dinamik matç keçdi. Təəssüf ki, uduzduq.

- Növbəti matçda da "Neftçi" ilə oynayacaqsız. Bu gün həmin oyun üçün material yığa bildiz?
- Material hər oyunda var. Bu mövsüm dörd dəfə "Neftçi" ilə qarşılaşmışıq. Bəzi şeyləri analiz etməyə dəyməz. Dediyimiz səhvlər var ki, qalib gəlmək üçün onların sayını minimuma endirməliyik. Futbolçular bəzi şeyləri meydanda daha yaxşı icra etməyə başlamalıdı. Futbolçuların potensialına bələdik. Oyun intizamı çox önəmlidi. Son məğlubiyyətlərə səbəb budu.

KƏNAN BAHADIR

Избранный
31
football-plus.az

1Источники