RU

ABŞ və Ukrayna prezidentləri arasında qarşıdurma yaşanıb - Yenilənib

Ağ evdə danışıqlar zamanı ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında qarşıdurma yaşanıb...

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Ukrayna lideri amerikalı həmkarını Rusiya tərəfi ilə güzəştə getməməyə çağırıb.

“Biz sizə 350 milyard verdik. İndi çətin vəziyyətdəsiniz. Əlinizdə heç bir güclü kart yoxdur. Biz ölkənizi xilas etmək və savaşı dayandırmaq istəyirik. Siz “mən müharibəni dayandırmaq istəmirəm” deyə bilməzsiniz”, – ABŞ Prezidenti səsini ucaldaraq söyləyib. Bundan başqa, dialoq zamanı Trampın yanında olan vitse-prezident Cey Di Vens əlavə edib: “Heç bir dəfə də olsun “sağ ol” deyibsiniz?”.

***

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski Oval kabinetdə Ukraynada sülhün bərqərar olması, tərəfdaşlığın dərinləşdirilməsi və digər mühüm aspektlər üzrə genişəhatəli müzakirələrə başlayıblar.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, görüş hər iki tərəfdən rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilir.

***

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.

“Report” ABŞ KİV-inə istinadən xəbər verir ki, danışıqların əsas mövzularından biri ABŞ-nin Ukraynada dağ-mədən sənayesinin inkişafında iştirakını nəzərdə tutan faydalı qazıntılar sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması olacaq.

Bundan əlavə, təhlükəsizlik və Ukrayna ilə Rusiya arasında hərbi münaqişənin həlli məsələlərinin müzakirə olunacağı gözlənilir.

Poliqon.info

Избранный
84
50
poliqon.info

10Источники