"Kəpəz" Azərbaycan Kubokunun 1/4 finalında "Neftçi"yə məğlub olaraq mübarizəni dayandırıb.

Offsideplus.az xəbər verir ki, 1:0 hesab ilə başa çatan oyundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov fikirlərini bölüşüb:

"Kəpəz" azarkeşlərinə təşəkkür edirəm. Sağ olsunlar, komandanın yanında oldular. Qol epizodlarımız var idi, lakin dəyərləndirə bilmədik. "Neftçi"ylə oyunda daha çox qol epizodlarımız olur, amma dəyərləndirə bilmirik. Üstündə işləyəcəyik. 4-cü dəfədir, "Neftçi"ylə qarşılaşırıq. Bəzi səhvlərimiz var, onları minimuma endirməliyik. Son matçlarda oyun disiplinindən çıxırıq deyə məğlub oluruq".