RU

Mourinyo “Qalatasaray”a qarşı təzminat iddiası qaldırdı

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “şəxsi hüquqlarına hücum” iddiası ilə “Qalatasaray”a qarşı 1 milyon 907 min lirə mənəvi təzminat iddiası qaldırıb.

Futbolpress.az xəbər verir ki, iddia bazar ertəsi İstanbulda keçirilən və 0:0 hesabı ilə başa çatan matçdan sonra Mourinyo ilə “Qalatasaray” arasında baş verən sərt mübahisədən sonra qaldırılıb.

“Qalatasaray”, Mourinyonun oyunsonrası açıqlamalarında sloveniyalı hakimi təriflədiyini və “Qalatasaray” ehtiyat oyunçular skamyasının davranışı ilə bağlı açıqlamalar verdiyini, Mourinyonun “irqçi ifadələr işlətdiyini” iddia edib.

“Qalatasaray” Mourinyonun açıqlamalarının “tamamilə qeyri-insani diskurs” olduğunu və “Türk xalqına qarşı aşağılayıcı ifadələrin israrla dərc edildiyini” iddia edib.

Klub Mourinyoya qarşı cinayət işi açacağını, FİFA və UEFA-ya şikayət edəcəyini açıqlayıb.

Mourinyo Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən 4 oyunluq cəza və 35 min 218 lirə pul cəzasına məhkum edilib.

Bununla belə, “Fənərbağça” baş məşqçisinin sözlərinin “tamamilə kontekstdən çıxarıldığını və qəsdən təhrif edildiyini” söyləyərək, məşqçisini müdafiə edib.

Избранный
25
futbolpress.az

1Источники