RU

Sahibə Qafarova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

Fevralın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, qonağı salamlayan Sahibə Qafarova Türk Mədəniyyəti və İrsi Fondunun əhəmiyyətindən danışıb.

O bildirib ki, Azərbaycan Türk dünyasının güclənməsinə xüsusi əhəmiyyət verir. Prezident İlham Əliyevin dediyi kimi, “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Spiker bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bu fond türk xalqlarının bir-birinin mədəniyyətini, irsini daha da yaxından tanımasına, qardaş xalqlarımızın yaxınlaşmasına imkan yaradır. Fondun səmərəli fəaliyyət göstərdiyini deyən Milli Məclisin sədri onun fəaliyyətinin daha da genişləndirilməsi üçün böyük potensialın və ən əsası istəyin olduğunu qeyd edib.

Söhbət zamanı bildirilib ki, fond Türk dünyasının zəngin mədəni irsini qorumaq, yaymaq, gələcək nəsillərə ötürmək baxımından mühüm körpü rolunu oynayır. Fond türk xalqlarının dəyərlərini vurğulayaraq, mədəniyyətlərarası dialoqu gücləndirməklə bu sahəyə ciddi töhfələr verir. Aparılan işlər Türk dünyasının qlobal miqyasda daha yaxşı tanınmasına və onun dəyərlərinin qiymətləndirilməsinə şərait yaradır.

Səmimi görüş üçün təşəkkürünü bildirən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova fondun yaradılmasının düzgün və çox uzaqgörən qərar olduğunu diqqətə çatdırıb. O bildirib ki, mədəniyyət yumşaq gücdür və xalqların bir-birinə yaxınlaşmasında mühüm rola malikdir.

Söhbət zamanı qonaq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlər, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumat verib. O, Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözlərini özləri üçün deviz seçdikllərini və fəaliyyətlərini də bu istiqamətdə qurduqlarını diqqətə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Избранный
29
16
hafta.az

10Источники