RU

A Seriyasında ən yaxşı məşqçisi məlum oldu

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri futbol üzrə İtaliya A Seriyasında fevral ayının ən yaxşı məşqçisi seçilib.   Manset.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb. Romalılar fevralda 73 yaşlı mütəxəssisin rəhbərliyi altında İtaliya çempionatında 4 oyun keçirib və cəmi 1 dəfə xal itirib, “Napoli” ilə heç-heçə (1:1) edib. Digər oyunlarda isə komanda hesabına 3 xal yazdırıb; “Venesiya” (1:0), “Parma” (1:0) və “Montsa”nı (4:0) məğlub ediblər. 26 turdan sonra “Roma” 40 xalla A Seriyasında turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Ranyeri “Roma”ya 2024-cü ilin noyabrından başçılıq edir.

Избранный
50
1
manset.az

2Источники