RU

Ev tikmək istəyənlərə mühüm xəbər: Qaydalar dəyişir

  Bələdiyyələrlə bağlı yeni təklif diqqət mərkəzindədir. Belə ki, Milli Məclisin komitə iclasında səsləndirilən fikirlərə görə, artıq sözügedən qurum torpaqlara qiymət təyin edə bilməyəcək. Təklifə əsasən, bu,  “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən ediləcək. Artıq fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpağın hər 0,01 hektarının qiyməti şəhər və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. 

Bu, torpaqların qiymətinə necə təsir edəcək?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı xatırladıb ki, əvvəllər bələdiyyələr torpaq sahəsini satarkən qiyməti özləri müəyyən edirdilər:

“Daha çox ərazi üzrə son satış qiymətləri əsas götürülürdü. Məsələn, hansısa bələdiyyə torpaq sahəsinin bir sotunun qiymətini 3500 manat olaraq təyin edibsə, bundan az olmamaq şərti ilə məbləğ müəyyənləşdirilir və satışa çıxarılırdı. Yeni təklif mahiyyət olaraq oxşardır. Sadəcə torpağın maddi dəyəri artıq müstəqil qiymətləndiricilər tərəfindən müəyyən olunacaq”.

 
Ramil Osmanlı

Ekspert yeni qərarın ədalətli olduğunu bildirib:

“Ola bilər, bələdiyyə torpağı satarkən subyektivliyə yol versin. Qanunvericiliyə edilən dəyişiklik mütərəqqi addımdır. Bu, tədricən Azərbaycanda daşınmaz əmlak üzərində aparılan əməliyyatlarda şəffaflığı təmin edəcək. Həmçinin qiymət siyasətinin bazar dəyərinə uyğun həyata keçirilməsinə şərait yaradacaq”.  

Избранный
35
referans.az

1Источники