RU

Sürücülərin NƏZƏRİNƏ: Bu yollar buz bağlayıb - FOTO

Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə növbəti dəfə paytaxtın bəzi yollarında sürət həddi endirilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.

Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən hazırda mövcud hava şəraiti ilə əlaqədar Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə ümumilikdə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.

Bununla yanaşı, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.




Bizim.Media

Избранный
97
22
bizim.media

10Источники