RU

"Şəki" kapitanla vidalaşıb

"Şəki" bu mövsüm daha bir aparıcı oyunçusu və kapitanı ilə vidalaşıb.

İdman.biz xəbər verir ki, Aleks Koldvellə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Klub məcburiyyətdən komandanın aparıcı oyunçusu ayrılıb. Buna səbəb amerikalı basketbolçunun şəxsi həyatında üzləşdiyi problemdir.

Qeyd edək ki, "Şəki" cari mövsüm 2-ci dəfə belə şanssız halla üzləşir. Daha öncə komandanın əvvəlki kapitanı Kris Barton Gəncədəki oyunda ağır zədə aldığından onunla yollar ayrılmışdı.

İdman.biz

Избранный
43
2
idman.biz

3Источники