RU

Neymar: “Messiyə penalti vurmağı mən öyrətmişəm”

“Santos”un braziliyalı ulduz hücumçusu Neymar argentinalı ulduz hücumçu Lionel Messiyə penalti vurmağı öyrətməsindən söhbət açıb.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, “Ney”in bu barədə xatirəsini təqdim edir:

“Penalti vurmaqda Messiyə mən kömək etmişəm! Biz məşqdə idik və o, məndən soruşdu: “Sən penaltiləri belə necə vurursan? Mən də ona dedim ki: “Sənə nə olub, dəli omusan, nədir? Sən ki Messisən! Əgər mən bacarıramsa, onda sən lap yəqin bacararsan”. Sonra mən bunu ona göstərdim və o, bunun üzərində məşq etməyə başladı”, deyə Neymar bildirib.

Əlavə edək ki, penaltilər “Leo”nun yaralı yeridir. Messi dəfələrlə vacib məqamlarda “nöqtə” üzərindən həlledici zərbələri boş verməsi ilə diqqət çəkib.

Xatırladaq ki, Messi 2000-2021-ci illərdə “Barselona”nın düşərgəsində olub, kiçik bir oğlandan görkəmli oyunçuya qədər uzun bir futbol yolu keçib, çoxsaylı komanda və fərdi qənimətləri qazanıb. Neymar və Messi 2013-2017-ci illərdə “blauqrana”nın heyətində birlikdə çıxış ediblər.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” yeni mövsümündə 3 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 42 oyun, 36 qol və 20 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Избранный
56
arena.az

1Источники