“Mançester Siti”nin və “Barselona”nın sabiq yarımmüdafiəçisi Yaya Ture hazırda dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
Azreform.info Publika.az-a istinadən xəbər verir ki, Ture hesab edir ki, “Liverpul”un futbolçusu Məhəmməd Salah 2025-ci ildə “Qızıl top”u qazanmalıdır.
“Digər oyunçulara hörmətsizlik etmirəm, amma Salah dünyanın ən yaxşısı adlandırılmağa layiqdir. İnsanlar sabitlikdən danışırlar – bir mövsümdən sonra oyunçuların həddindən artıq qiymətləndirildiyini görmüşəm. Amma bu oğlan uzun illərdir yüksək səviyyə nümayiş etdirir”, – Ture bildirib.