Bakı. Trend:
ABŞ-nin "OpenAI" şirkəti süni intellekt texnologiyasının növbətiinkişaf mərhələsini təmsil edən "GPT-4.5" modelini təqdim edib.
Trend xəbər verirki, "GPT-4.5" indiyədək hazırlanan ən güclü və inkişaf etmiş çatbotmodelidir. Yeni versiya məntiqi əlaqələri anlamaq, yaradıcıideyalar formalaşdırmaq və mürəkkəb problemləri həll etməkbacarıqlarını təkmilləşdirir.
"GPT-4.5" istifadəçilərin sorğularına daha dəqiq cavab verməkləyazı və proqramlaşdırma sahələrində daha faydalı olacağıgözlənilir. OpenAI mütəxəssisləri yeni modelin əvvəlkilərləmüqayisədə daha az səhvə yol verdiyini bildiriblər.
Məlumata görə, "GPT-4.5" nəzarətsiz öyrənmə prosesinigenişləndirməklə süni intellektin daha dərin biliklərəyiyələnməsinə imkan yaradır. "Microsoft Azure" superkompüterlərindəhazırlanan bu model AI sistemlərinin daha etibarlı və dəqiqişləməsinə töhfə verəcək.