RU

Penaltilərlə yarımfinala

“Araz-Naxçıvan” Azərbaycan Kubokunda yarımfinala yüksəlib. Elmar Baxşıyevin yetirmələri 1/4 finalda “Zirə” səddini aşıb – 1:0, 2:0.

Naxçıvan təmsilçisi hər iki matçda qolları penaltidən vurub. Cavab görüşünün 2-ci dəqiqəsində “11 metrə”də dəqiq olan Felipe Santos fasiləyə yaxın daha bir penaltini qola çevirməklə rəqibin ümidlərini “sındırdı”.

“Zirə” ikinci hissədə geridönüş etməyə çalışsa da, epizodlar qolla nəticələnmədi. Bəzən “Araz-Naxçıvan” müdafiəsi, bəzən də qapıçı Kristian Avram “qartallar”ın fərqlənməsinə imkan vermədi.

Tarixində ilk titulunu qazanmaq istəyən “Araz-Naxçıvan”ın final yolundakı rəqibi isə “Qarabağ” olacaq. “Atlılar” keçilsə, kubokun əsas favoriti də məhz onlar olacaq. Çünki digər yarımfinal cütləri “Sabah” və “Neftçi” naxçıvanlıların dişinə görə rəqibdir və bu mövsüm çempionatda bu komandalara üstünlük yaradılıb. Hər bir halda, öncə “Qarabağ” keçilməlidir. Elmar Baxşıyev daha əvvəl “Qəbələ” ilə ölkə kubokunu qazanıb və indi bunu “Araz-Naxçıvan”da arzulayır.

“Zirə” isə yoluna Premyer Liqada davam edəcək. Çempionatda son turların ən formada komandası olan qəsəbə təmsilçisi bundan sonra bütün diqqətini bura yönəldəcək. Avrokuboklara namizədlər arasında favorit olan “Zirə”nin çempionatdakı növbəti rəqibi “Turan Tovuz” olacaq.

Şahin Cəfərov

Избранный
75
futbolpress.az

1Источники