RU

Dadaşov: “Qol vurduğum üçün xoşbəxtəm”

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov yeni klubu “Radomiak”da uğurlu debütlə yadda qalıb.

Futbolpress.az xəbər verir ki, o, “Lods”la çempionat matçında ilk dəfə meydana çıxıb və oyunun sonlarında qol vuraraq, komandasını məğlubiyyətdən xilas edib.

Dadaşov görüşdən sonra debütü haqda sosial şəbəkə hesabında paylaşım edib:

“Debüt etdiyim və bu fantastik klubda ilk qolumu vurduğum üçün xoşbəxtəm. Üç xal qazanmaq istəyirdik, amma alınmadı. Növbəti oyuna köklənəcəyik”.

Dadaşov bir neçə gün əvvəl “Radomiak”la müddəti mövsümün sonuna kimi olan müqavilə imzalayıb.

Sözügedən klub Polşa Ekstraklasasında 23 turdan sonra 25 xalla 13-cü sıradadır.

Избранный
61
futbolpress.az

1Источники