RU

“M10” balans tələbini iki dəfə artırdı

“M10” pul kisəsi ictimai nəqliyyatda istifadə edilən QR biletlər üzrə balans tələbini 2 dəfə artırıb. 

“Yeni Sabah" xəbər verir ki, artıq  “m10”da Bakı Kart QR bileti yaratmaq üçün balansda minimum 1 manat olmalıdır. Əvvəlcə isə bu məbləğ 50 qəpik müəyyən edilmişdi. Yeni qayda martın 1-dən qüvvəyə minəcək. 

Bundan əlavə eyni anda 3 bilet yaratmaq mümkün olacaq. 

Qeyd edək ki, son dövrlər “m10” xidmətlərini bahalaşdırır. Bu isə müştərilər arasında narazılıq yaradır. Sosial şəbəkə istifadəçiləri artıq “m10” xidmətlərindən imtina etməyin vaxtı çatdığını bildirirlər. 

Xatırladaq ki, “m10” elektron pul kisəsi “PashaPay” MMC-yə aiddir və 2022-ci ilin yayından istifadəyə verilib.


Telegram kanalımız
Избранный
38
yenisabah.az

1Источники