Ağcabədi rayonunda dünən baş verən yol qəzasında ölənlərin sayı altı nəfərə çatıb. 1news.az-ın “Report”ya istinadən əldə etdiyi məlumata görə, “Kia” markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Fəxri Rzayev qəza zamanı zərbənin təsirindən yolun kənarına düşüb. Onun meyiti sonradan tapılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.