RU

PKK atəşkəs elan edib

Kürdüstan İşçi Partiyası (PKK) atəşkəs elan edib. 

Far.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd edilib ki, təşkilat həbsdə olan Abdullah Öcalanın müraciətinə əməl ediləcək.

Xatırladaq ki, fevralın 27-də DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparıb.

Danışıqların nəticəsində PKK liderinin müraciətinin yayımlanması qərara alınıb.

Danışıqlardan sonra İstanbulda təşkil olunan mətbuat konfransında Öcalanın müraciətini DEM Partiyasının rəhbərliyində təmsil olunan Ahmet Türk kürdcə, Pervin Buldan isə türk dilində oxuyub.

Müraciətdə Öcalanın adından yayılan yazılı müraciətdə "silahı yerə qoyun" çağırışı yer alıb.

Избранный
126
7
far.az

10Источники