RU

“Yazırlar ki, qocalmısan” - Xoşqədəm

“Bəzən “Instagram”da, “TikTok”da canlı yayım açıram. Yazırlar ki, qocalmısan. Oxuyuram, məni gülmək tutur. Onlar mənə “qocalmısan” deməklə öz aləmindən düşünürlər ki, bundan mən depressiyaya düşəcəyəm”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.

O bildirib ki, yaşının üstünə yaş gəlsə də, bunu özünə dərd etmir:

“Mən dünyanın ən xoşbəxt insanıyam. Allah mənə hər il ömrümün üstünə daha bir il gəlməsinə icazə verir. Sağlam ömür. Sevdiklərim yanımdadır. Zaman yetişəcək, mən də qocalacağam. Müdrükləşdikcə də Allahıma şükür edirəm. Yaşımın üstünə yaş gəldikcə də sevinirəm”.


Telegram kanalımız
Избранный
40
10
yenisabah.az

10Источники