RU

Bakıda küçələr qardan təmizlənir - FOTO

Yazını böyüt
Yazını kiçilt

Bakıya intensiv qar yağması davam edir. Bununla əlaqədar bu günlər ərzində bütün Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdiriblər.

Hafta.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, yağan qarın fəsadlarının aradan qaldırılması ilə bağlı kommunal xidmətlər tərəfindən operativ tədbirlər görülür. Xüsusi təyinatlı texnika tərəfindən mərkəz küçə və prospektlər, həmçinin ətraf qəsəbələrin yolları qardan təmizlənir, texniki duz səpilir.

Səhər tezdən isə kommunal xidmətlər metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini davam etdiriblər.

Ərazidə aparılan təmizlik işləri ilə bağlı fotoları təqdim edirik.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
 
Избранный
34
20
hafta.az

10Источники