RU

Trampın Zelenskiyə ultimatumu: Ukraynanın yalnız bir yolu var – Almaniyadan reaksiya 

Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampla Ağ Evdə aparılan danışıqların nəticəsiz qalmasından sonra Rusiya ilə münaqişəyə münasibətini dəyişməli olacaq.

Ulusal.az xəbər verir ki, bu barədə Almaniyanın “Focus” jurnalı yazır.

Məqalədə qeyd olunur ki, Tramp Zelenskiyə ultimatum verib, sülh yolu ilə nizamlanmaya hazır olduqda, onunla dialoqu bərpa etməyə hazır olduğunu bəyan edib. Bununla da Amerika prezidenti Ukrayna liderinə ABŞ-ın bütün tələblərini qəbul etməli olduğunu başa salıb.

Nəşr vurğulayır ki, indi Zelenski yalnız Avropa ölkələrinin Trampa təsir edə biləcəyinə ümid edə bilər, çünki onun başqa variantı yoxdur.

Fevralın 28-də Zelenski Trampla görüşmək üçün Vaşinqtona gəlib. Siyasətçilər arasında aparılan danışıqlar qalmaqalla başa çatıb, nəticədə Ukrayna prezidenti nadir torpaq metalları ilə bağlı sazişi imzalamadan Ağ Evi vaxtından əvvəl tərk edib.

Избранный
21
2
moderator.az

10Источники