Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, prosesdə cinayət işi üzrə zərərçəkən Babək Məmmədzadə ifadə verib. İş üzrə ən çox pul itirən şəxs də elə Babək Məmmədzadədir. Babək Məmmədzadə "Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur. Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla birgə həbs edilmişdi. Milyonlarla mənimsəmədə ittiham edilən Məhəmməd Məmmədov şərti cəzaya məhkum edilərək məhkəmə zalından azadlığa buraxılmışdı.

Nizami Alışan investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən 3 şəxsə qarşı külli miqdarda dələduzluqda ittiham olunur. Ötən proseslərdən birində dövlət ittihamçısı Elgün Qafarov ittiham aktını elan etmişdi. Müttəhim Nizami Alışan ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmənin aparılması qaydası müəyyən olunarkən Nizami Alışanın vəkili Samir İsayev zərərçəkmişlərin, daha sonra təqsirləndirilən şəxsin dindirilməsini istəyib. Bildirib ki, müvəkkili zərərçəkmişlərdən sonra ifadə vermək istəyir. Hakimlər məhkəmənin bu qaydada aparılması barədə qərar qəbul ediblər. Samir İsayevin digər vəsatəti müdafiə etdiyi şəxsin istifadəsində olan telefonun anten məlumatlarının əldə olunması ilə bağlı mobil operatora sorğu göndərilməsi ilə bağlı olub. Vəkil müvəkkilinin 2024-cü ilin aprelin 9-dan 17-dək olan müddətdə telefon danışığı, SMS yazışmaları götürülməsini xahiş edib.
Vəkil əlavə edib ki, vəsaitlər İnvest.az saytı üzərindən götürülüb, buna görə də həmin saytın nümayəndəsinin məhkəməyə şahid qismində çağırılmalıdır.
Hakimlər bu qaldırılan məsələlərin sənədlərin tədqiqi mərhələsinə aid olduğunu, vəsatətlərə həmin mərhələdə baxılacağını açıqlayıblar. Buna görə vəsatətlər baxılmamış saxlanılıb.
İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən 3 nəfərin 3 milyon dollara yaxın pulu ələ keçirilib. Nizami Akif oğlu Alışan pul qazanmaq istəyən zərərçəkənlərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Nizami Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.
10Источники
-
yenilik.azMəmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? – DETALLAR ( 15797985)
-
azia.azMəmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? - TƏFƏRRÜAT ( 15782937)
-
hurriyyet.azMəmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? – DETALLAR ( 15782115)
-
redaktor.azMəmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? - DETALLAR ( 15782103)
-
Demokratikmusavat.comMəmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? - DETALLAR ( 15781927)
-
paralel.azMəmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? - DETALLAR ( 15781587)
-
olke.azMəmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? - DETALLAR ( 15781147)
-
nocomment.azMəmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? – DETALLAR ( 15779947)
-
azpost.infoMəmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş?- DETALLAR ( 15779923)
-
demokrat.azMəmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? — DETALLAR ( 15779679)