RU

BTQ "Qarans" siklonunun nəticələri ilə bağlı Reyunyon sakinləri ilə həmrəy olduğunu açıqlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Təşəbbüs Qrupu (BTQ) Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Reyunyon adasının sakinləri ilə həmrəy olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, BTQ dünəndən adanı cənginə alan güclü "Qarans" siklonu ilə bağlı həmrəylik mesajı yayıb.
"Qarans" siklonu Reyunyon adasında ciddi dağıntılara səbəb olub, evləri və infrastrukturu dağıdıb, minlərlə insan işıqsız və təmiz susuz qalıb, küçələri su basıb. Ada sakinləri çətin vəziyyətdədirlər. Artıq üç nəfər ölüb. Bu çətin anlarda düşüncələrimiz ilk növbədə xəsarət alanlar və onların yaxınları ilə bağlıdır. Hər kəsə cəsarət arzulayırıq", - məlumatda deyilir.
Xatırladaq ki, Reyunyon adasının hakimiyyət orqanları "Qarans" siklonu ilə əlaqədar dünən qırmızı xəbərdarlıq elan ediblər. Mövcud vəziyyətlə əlaqədar hüquq-mühafizə və xilasetmə xidmətləri istisna olmaqla, əhali təcrid olunmuş vəziyyətdədir.
Избранный
26
13
oxu.az

10Источники