RU

TÜRK DÜNYASI və ERMƏNİ TƏHLÜKƏSİ(“Qısa qeydlər” silsiləsindən)

Hardasa isti ölkələrdə, deyəsən Cənubi Afrikanın düzənliklərində Baobab adlı ağac bitir. Yeri gəlmişkən, bizim Hacıbala da gətirib, bala-bala Bakı bulvarında əkib. Bu ağac min illərlə yaşayır, gövdəsinin diametri 10-15 metrə çatır, oduncağı isə sümük kimi (təxminən, bizim Dəmir ağacı kimi) bərk olur. Onun gövdəsini müasir texnika ilə kəsmək olmur - balta batmır, mişar sınır. Yerli qəbilələr – aborigenlər bu ağacı yıxmaq üçün qədimdən hiyləgər bir üsul tapıblar. Ağacın dibinə hərrəməsinə çır-çırpı yığır, əməlli-başlı tonqal qalayırlar, sönməyə qoymurlar. Ağacın gövdəsi illərlə tüstüləyir. Nəhayət bir gün yıxılır...

Deyirəm bizim Türk dünyası Baobab ağacı mislindədir, min illərlə yaşı var. Maşallah oduncağı da sümük kimidir, düşmənin dişi batmır – mişarı sınır, bıçağı kəsmir. Odur ki, bizim düşmənlərimiz Afrika aborigenlərin hiyləgərliyindən istifadə edir. Erməniləri əsrlərdir ki, çır-çırpı, kol-kos kimi yığıblar türk dünyasının ətrafına, od vurublar. İndi ermənilər də bir millət kimi yanır, Türk dünyasını da yandırmaq təhlükəsi yaradır. Hazırda Türk dünyası ara-sıra alışan erməni tonqallarını söndürməklə məşğuldur. Amma burda sönən tonqal orda yanır, düşmən küləyi də odu yayır…

100 illərin təcrübəsi göstərir ki, tonqalları söndürmək gecikən hərəkətlərdir, profilaktiki tədbirlər görmək, səbəbləri aradan qaldırmaq, erməni zir-zibilini Türk dünyasının ətrafından silib-süpürüb birdəfəlik atmaq lazımdır. Bu, yalnız Türk dünyasının təhlürəsizlik yolu deyil, həm də erməni millətinin xilas yoludur. Axı, erməni çır-çırpısı türkün Baobab ağacını yandırmaq üçün yanır, tüstüsü ərşə dayanır. Amma erməni milləti bunu anlayırmı, xilas yolu arayırmı?!

Qalib ARİF

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
52
Demokratikmusavat.com

1Источники