RU

Dövlət Vergi Xidmətinin gələcək fəaliyyət istiqamətləri açıqlanıb

Bakı. Trend:

Yaxın gələcək üçün siyasətimizin əsasında büdcənin vergigəlirlərinin formalaşmasında istehlak xərclərinin şəffaflaşmasıhesabına dolayı vergilərin payının artırılması, eyni zamanda,biznesin korporativ vergi yükünün aşağı salınmaqla onlarınsərəncamında mənfəətin yaradılması və investisiya imkanlarının,yeni iş yerlərinin yaradılması, eləcə də əməkhaqlarınınartırılmasına rəvac vermək dayanır.

Trend xəbərverir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin baş idarəsinin rəisi Nicat İmanov bu gün Bakıda III dəfəkeçirilən “Vergi və Mühasibatlıq Zirvəsi”ndə deyib.

O bildirib ki, həmçinin, real sektorun nümayəndələrinə əlavətəşviq tədbirləri prioritetlərdəndir:

"Bunlar məşğulluğun artırılması, yüksək gəlirli insankapitalının formalaşması istiqamətində və ölkəyə investisiyaqoyuluşu ilə bağlı meyarlarla əlaqəlidir. Bu proseslərin uğurlu,dayanıqlı olması üçün dövlət və özəl sektor arasında dialoq olduqcavacibdir".

"Faydalı əməkdaşlıq özəl sektorun ehtiyaclarını daha yaxşıanlamağa və uyğun tədbirlər görməyə kömək edir", - deyə N.İmanovvurğulayıb.

Избранный
49
az.trend.az

1Источники