RU

Yollarda hərəkət iflic oldu

Hazırda müşahidələr göstərir ki, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti və Bakı dairəvi yolunda yolların buz bağlaması səbəbindən, xüsusilə yük avtomobillərinin hərəkətində problemlər yaranıb.

 Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bakupost.az -a verilən məlumata görə, yolda sürüşmə ehtimalını nəzərə alsaq mümkün qədər çox ara məsafəsi saxlanılmalı və sürət həddinə əməl edilməlidir. Bu zaman baş verə biləcək yol-nəqliyyat hadisəsindən yayınmaq mümkün ola bilər.Paytaxtın bəzi əsas yollarında nəqliyyat sıxlığı hələ də qalmaqdadır. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, "20 Yanvar" metro stansiyası istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində sıxlıq müşahidə olunurBakupost.azBakupost.azBakupost.azBakupost.azBakupost.az

Избранный
78
2
turanpress.com

10Источники