RU

Skype fəaliyyətini dayandıracaq

Messencer və video zəng xidməti "Skype" mayın 5-də fəaliyyətini dayandıracaq. 

Marja xəbər verir ki, bunu "Microsoft" elan edib.

Bu tarixə qədər xidmət istifadəçilərinə "Microsoft Teams"ə keçmək təklif olunur, onlar öz kontaktlarını və söhbət məzmununu bu platformaya köçürə biləcəklər.

"Microsoft" bildirib ki, "innovasiyaları sürətləndirmək" üçün Teams-ə diqqət yetirmək istəyir. 

"Microsoft"un "Skype"ı bağlamaq qərarından nə qədər istifadəçinin zərər görəcəyi məlum deyil. Məşhurluğunun ən yüksək zirvəsində bu xidmətdən 300 milyon insan istifadə etmişdir. 2023-cü ildə sonuncu dəfə "Microsoft" şirkəti məlumatları açıqlayıb: "Skype" istifadəçilərinin sayı 36 milyona enib.

"Skype" 2000-ci illərin əvvəllərində yaradılıb. 2005-ci ildə isə "eBay" şirkəti tərəfindən 2,6 milyard dollara əldə edilib. 2009-cu ildə "eBay" şirkəti "Skype"ın 70%-ni 2,75 milyard dollara "Silver Lake" investorlar qrupuna satıb. Sonra "Skype" 8,5 milyard dollara "Microsoft" tərəfindən satın alınıb. 

Microsoft Teams Skype
Избранный
51
marja.az

1Источники